Gündəm / Siyasət
06 fevral 2023
0
Terrorçu tapança ilə Vasifi çənəsindən yaralayıbmış

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.
Bunu Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.
Qeyd edilib ki, terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb.
Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Daha çox xəbər:

Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi
Gündəm / Siyasət
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın son vəziyyəti açıqlandı - VİDEO
Gündəm / Cəmiyyət
Orxan Əsgərovla vida mərasimi keçirilir
Gündəm / Cəmiyyət
Prezident Vasif Tağıyevin qəhrəmanlığından danışdı: O olmasaydı...
Gündəm / Siyasət
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənir
Gündəm / Siyasət