Gündəm / Cəmiyyət
07 fevral 2023
0

Zamin Salayev saxlanıldı



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, bıçaqla tanışına xəsarət yetirməkdə şübhəli bilinir.

Hadisənin Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.

Z.Salayev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.