Gündəm / Cəmiyyət
03 oktyabr 2024
0

Bu yolda avtobus zolağına vaxt məhdudiyyəti qoyuldu

Bu yolda avtobus zolağına vaxt məhdudiyyəti qoyuldu

Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olunub.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb.

Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

Qeyd edilib ki, A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-yə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.