Gündəm / Cəmiyyət
14 dekabr 2021
43
Bu tarixdən Qarabağa avtobus reysləri açılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır -red.) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.
Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.
“Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər”, - deyə AYNA-dan bildirilib.
Daha çox xəbər:
Deputatdan Novruz Qartalla bağlı çağırış: "Çox ağır vəziyyətdə yaşayır..."
SosialBirinci vitse-prezident Mehriban Əliyeva: "Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq" - FOTO
İqtisadiyyatNOVRUZ İRAN VƏ AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QƏDİM VƏ ƏBƏDİYAŞAR RƏMZİDİR
Gündəm / MədəniyyətMədəniyyət işçiləri yaşlı həmkarlarını ziyarət ediblər
MədəniyyətAxtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.
Mədəniyyət