Gündəm / Mədəniyyət
16 mart 2021
59
NOVRUZ İRAN VƏ AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QƏDİM VƏ ƏBƏDİYAŞAR RƏMZİDİR
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək
çoşğunluğu, torpağa, insana məhəbbət bayramıdır.Təbiətin oyanmasını, varlığını yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Novruzun adı “Yaz bayramı” kimi keçirilən tarixi mənşəyi ilə bağlı günümüzə müxtəlif tarixi faktlar, əfsanələr gəlib çatmışdır.Böyük mənəvi gücə malik olan Novruz bayramı Ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan və İran xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarını, adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.Yenə də və ən əsası da Həzrəti İmam Əli (ə) –nin taxta çıxdığı vaxtı biz Novruz bayramı kimi qeyd edirik. Xalqların əksəriyyəti Bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.Novruz fars sözü olub, “yeni gün” deməkdir. Novruz Azərbaycan, İran, Turan torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bir çox müsəlman xalqlarının yaz mərasimləri Novruzdan xeyli fərqlənir. Onlar çərşənbələri bayram etmirlər.Çərşənbələr yalnız Azərbaycan Respublikasında və İranda qeyd edilir. Xüsusən ilaxır çərşənbə hər iki ölkədə təntənə ilə qeyd olunur. Dünya poeziyasının tanınmış simalarından biri olan İranın və Azərbaycanın məşhur şairi Şəhriyarın “Heydərbabaya salam” poemasında bunun bir daha şahidioluruq.

Çərşənbənin girdəkanı, möüzu,
Qızlar deyər: atıl-matıl çərşənbə
Ayna təkin bəxtim açıl çərşənbə

Azərbaycan Respublikasında adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlişini, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycanda və İranda süfrədə fərqli səməni olur. Bu səməni ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Azərbaycanın əksər bölgələrində səməni buğdadan olur. Səməni ilk çərşənbə axşamına yaxın göyərdilir. Səməni fars sözü olub, “toxum” deməkdir.Toxum sözü bir çox xalqların dilində, azərbaycan dilində eyni mənanı verir.Novruzun atributları İran və Azərbaycanda olduğu kimidir. Odun, atəşin yaradılması ilə 7 ünsürdən ibarət olan dünyanın yaranışının başa çatması və buna görə də tarixin ilk günü sayılan Novruzla bağlı keçirilən mərasimdə İran və Azərbaycan xalqları tərəfindən əsasən uyğun şəkildə keçirilir. Bayram qabağı evlər təmizlənir, təzəpaltarlar alınır, səməni hazırlanır, yumurta boyadılır, çərşənbə günləri qeyd edilir və s. Bayram qabağı hazırlanan mühüm rəmzi əşyalardan biri də səmənidir. Axır çərşənbə günü ilə müqayisədə Novruz günləri çox sakit və təmkinli bir şəraitdə keçir. Bu hal İranın bir çox bölgələrində, həmçinin Azərbaycan Respublikasında da özünü göstərir. Novruz bayramından bir gün əvvəl bir çoxları qohum-əqrəbasının qəbri üstə gedib fatehə oxuyurlar. İslam dünyasında, müsəlman aləmində Novruz bayramının gəlişi el-obanın hiss və həyəcanı heç bir əsərdə Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasındakı kimi sadə, təsirli, kövrək və ürəyəyatan alınmayıb. Böyük Şəhriyarın Novruzla bağlı uşaqlıq xatirələri sanki bir ana laylasıdır.
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər.

Mirzəağa Məmmədli

Daha çox xəbər:

İranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
Dünya
Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.
Mədəniyyət
Heydər Əliyevin ən çox sevdiyi əsərlər
Cəmiyyət
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik edib
Dünya
Kraliça Qarabağ atlarına heyran oldu - Foto
Dünya