Sosial
14 dekabr 2021
110
Deputatdan Novruz Qartalla bağlı çağırış: "Çox ağır vəziyyətdə yaşayır..."
Azərbaycanın əməkdar artisti, ağır xəstə olaraq son günlərini yaşayan dəyərli sənətkarımız Novruz Qartalla bağlı danışmaq istəyirəm. Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhədə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib.
Bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır:
“Sosial maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.

Daha çox xəbər:

NOVRUZ İRAN VƏ AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QƏDİM VƏ ƏBƏDİYAŞAR RƏMZİDİR
Gündəm / Mədəniyyət
Birinci vitse-prezident Mehriban Əliyeva: "Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq" - FOTO
İqtisadiyyat
Heydər Əliyevin ən çox sevdiyi əsərlər
Cəmiyyət
Axtararsız məni şeirlərimdə!! Dəyərli Şairimiz Cabir Novruzun xatirəsinə.
Mədəniyyət
Azərbaycanlı məhşura ağır itki - FOTO
Şou