Gündəm / Dünya
04 oktyabr 2024
0
Sarkisyana bəraət verdiyi üçün işdən çıxarıldı

Ermənistan Ali Məhkəmə Şurası keçmiş prezident Serj Sarkisyanın məhkəmə prosesinə sədrlik edən hakim Vahe Misakyanın işinə xitam verib.
Ali Məhkəmə Ədliyyə Nazirliyinin İrəvan birinci instansiya məhkəməsinin hakimi Vahe Misakyanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatətini təmin edib.
Xatırladaq ki, 2019-cu il dekabrın 4-də Ermənistan Xüsusi İstintaq Xidməti (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) Sarkisyanı dövlət büdcəsindən yarım milyard dramın (1 milyon dollardan çox) oğurlanmasını təşkil etməkdə ittiham edib. Onun barəsində həbs qətimkan tədbiri seçilərək, ölkəni tərk etməmək barədə qərar çıxarılıb. Bu ilin mayın 31-də isə məhkəmə Sarkisyana cinayət sübutunun olmamasını əsas gətirərək bəraət verib.

Daha çox xəbər:

Məhkəmə Serj Sarkisyana bəraət verib
Gündəm / Cəmiyyət
Ali Məhkəmə MTN polkovnikinə bəraət verib
Gündəm / Siyasət
Sabiq bələdiyyə sədri barəsində bəraət hökmü ləğv edildi
Gündəm / Cəmiyyət
Rüşvətə görə tutularaq bəraət alan keçmiş vəzifəli şəxslərlə bağlı hökm qismən ləğv edildi
Gündəm / Cəmiyyət
Mövlam Şixəliyev haqda son qərar verildi
Gündəm / Cəmiyyət