Gündəm / Dünya
07 fevral 2023
0
Könüllülər İstanbul hava limanına axın etdi
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə yardım könüllüsü İstanbulda hava limanına axın edib.
Milliinfo.az “TRT Haber”ə istinadən məlumat verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən axtarış-xilasetmə qrupları ilə yanaşı AFAD könüllüləri də zəlzələ bölgəsinə gedib. İstanbul valisi Əli Yerlikaya saat 00:30-a qədər İstanbuldan 41 təyyarə ilə 6 min 718 personal və AFAD könüllülərinin bölgəyə göndərildiyini açıqlayıb. Eyni zamanda İstanbul Hava Limanına Adana, Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adıyaman və Diyarbəkirə getmək üçün minlərlə yardım könüllüsü gəlib.
Könüllülər uzun növbələr yaradıblar. Hava limanında izdiham da yaşanıb və buna səlahiyyətli qurumlar müdaxilə edib. Sıra ilk növbədə peşəkar komandalara və səhiyyə işçilərinə verilib.
Zəlzələ bölgəsinə yardım könüllülərinin göndərilməsi fasiləsiz olaraq davam edir.
Daha çox xəbər:
Axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib
Gündəm / DünyaBakı-İstanbul təyyarəsinin uçuşu gecikir - SƏBƏB
Gündəm / CəmiyyətFüzuli Hava Limanına beynəlxalq status verildi - Yenilənib
Gündəm / CəmiyyətTürkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə ÇATDI (YENİLƏNİB)
Gündəm / Dünyaİstanbulda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyuldu
Gündəm / Dünya