Gündəm / Cəmiyyət / Dünya / Səhiyyə
17 mart 2020
71

YENI SAVAŞ SİLAHI- KORONOVİRUS

YENI SAVAŞ SİLAHI- KORONOVİRUS

Əvvəli ötən sayımızda: http://millitv.az/23608-dunyada-tuyan-edn-koronovrs.html

Ümümdünya Səhiyyə Təşkilatı koronovirusu qlobal pandemiya elan etdi. Elmə məlum olmayan və CoVİD-19 adı verilən koronovirus canlı aləmi tester oyunundan keçirən fontamasın yeni aləmin , fərqli quruluşun yaratma üsulunun formuludur. Bu fikrimiz cümlə-aləmdə gedən prosesələrə daha uyğundur.

Dünyanı təhdid edən koronovirus siyasətinə başqa bir sferadan da nəzər yetirsək ortaya daha bir faktor çıxır. Çin nəhəng istehsal-istehlak gücünə malik olan bir dövlət kimi sürətlə varlanmaqdadır.Bu isə Çin dollarının dünya bazarında önə çıxmasına və ABŞ dollarının getdikcə dünya məzənnəsindən geri çəkilməsinə gətirib çıxarmaq təhlükəsini yaradır.Dünyada hegemon dövlət kimi tanınan Amerika və onun sağ cinahı, daha aydın izah etsək himayədarı - İzrail həmkarını ayaqda tutan bir idarəçi orqandır. Çünki ABŞ İzrailin vuran qoludur. Bu səbəbdən İzrail Amkarının çökməsini istəməz. ABŞ iqtisadiyyatını ayaqda tutmaq üçün Çinə meydan oxundu. Koronovirus bəlası ilə üz-üzə qalan Çin dövlətində istehsal sahəsində gedən ləngimələr, ixracata mane olan proseslər məhsuldarlığın aşağı enməsinə səbəb olan faktordur. İstehsal olunan məhsulun azalması isə qiymətlərin bahalaşması proqnozundan xəbər verir. Bu həyəcan təbili Çin dövləti ilə əməkdaşlıq yaradan böyük şirkətlərə də təsir edir.

Koronovirus dalğıcıyla Çinə vurulan zərbənin təzyiqi digər ölkələrdə də titrəyiş yaratdı. Dünya iqtisadiyyatında zəncirvari qlobal problemlər yarandı.Dünyanı fəth edən CoVİD-19 un yayılma qarşısının alınması məqsədilə sərhədlərdə də giriş- çıxış məhdud həddə gətilrildi. Ölkələrdə Turizm sisteminin iflic vəziyyətnə düşməsi dövlətələrə gələn gəlirə əngəl oldu. Hegemon dövlətin silahı olan koronovirus dünyanı iqtisadi və siyasi böhrana sürükləyir.Belə qərara gəlmək olar ki, bu oyunda məqsəd Çin dövlətinin iqtisadiyyatını çökdürmək deyil ,onu zəiflətmək və dünya ölkələrinə də bu qorxunu yaşatmaqdır.

Epidemiyalar tarixinə nəzər salsaq. Bir zamanlar Taun, Vəba xəstəliyi , 2000 - ci ildən bu yana isə etap- etap yoluxucu virusların basqınına tuş gələn Asiya ölkələri , həmçnin bir sıra ölkələr də daxil olmaqla 2003 – 2005 ci ildə quş qripi , 2003-2004 – cü illərdə SARS, 2009 cu ildə H1N1 qripi , 2013 cü ildə isə EBOLA kimi epidemiyaların sınağından keçmişdir. O zamanın ən dəhşətlisi SARS epidemiyası olmuşdur.Həmin illərdə Çin dövlətinin iqtisadiyyatı ciddi zərər görmüşdür. Tarixdə baş verən bu hadisələr bir dama oynuna bənzəyir.Əsrimizin 2020 - ci ilinin başlanğıcında bu dəfə dünyaya göndərilən bəla elmə məlum olmayan CoVİD-19 oldu. Bu zaman önümüzə belə bir sual çıxır. Tibbin sürətlə inkişaf etdiyi bir dövrdə görəsən bu virusun müalicə metodunun tapılması qarşısında elm niyə bu qədər acizdir.

İnsanlara göndərilən bu virusu sadəcə bir epidemiya kimi qəbul etməyimiz gülünc olar. Virus güclü yoluxdurma gücünə malik olan müxtəlif növlü elementlərin birləşməsindən hazılanmış epidemiyadır. Məlum olur ki, bu təbiətin yaratdığı xəstəlik deyil, düynaya açılan savaşın qan tökməyən yeni bir silah növüdür. Yaşlı nəsldə epidemiyaya dayanma gücü yoxdur. Gənclər isə tab gətirir. Demək yeni quruluşda əsas yeri tutan gənclər olacaqdır. Çünki, yeni düşüncə yalnız gənclərdə yaradıla bilər.Burda insan şüurunu yeni mühitə uyğunlaşdırmaq prosesi gedir. Virusun insan orqanizmində nələr yaradacağından xəbərsizik. Cəmiyyətdə gedişat elə bir həddə çatacaq ki, istər-istəməz oyunbazlar yeni quruluşun yaranmasına tez nail olacaqlar.Proseslərin uzanması nəticənin tez əldə edilməsinə daha sürətlə yol açacaqdır. Çünki zəmanəmiz özü sürət zəmanməsidir.

Dünya bir qrup hegemon dövlətlərin ovucları içindədir.İstədikləri zaman yumub, açmaq gücündədirlər.Bu hər zaman belə olub. Çox qəribədir, savaşda qan tökmədən kütləvi insan qırğını olur. Kütləvi insan qırğınına səbəb olanların cəzası isə qiyamət gününə qalmış.



Araşdırmaçı Müxbir
Rüstəmova Xumar


Milliinfo.az