Gündəm / Cəmiyyət / Dünya / Səhiyyə
16 aprel 2020
46
Azərbaycan koronavirusla mübarizə üçün yeni layihəyə başlayır
Milliinfo.azAzərbaycan koronavirusla mübarizə üçün yeni layihəyə başlayır
Türkiyədən gətirilən həkimlərin hansı işlər görəcəyi açıqlandı
[center]

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı bildirib ki, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək. Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.
Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılmasıilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur.
Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.
Qeyd etmək lazımdır ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər. Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından,təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Hər komanda növbəti xəstəxanada fəaliyyətə başlamazdan öncə cari xəstəxanadakı heyətə sistemi idarəetmə məsuliyyətini təhvil verəcək.

Daha çox xəbər:
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
SəhiyyəRespublikamızda bir ay müddətinə kütləvi tədbirlər təxirə salındı : Operativ Qərargah
Gündəm / Cəmiyyət / Səhiyyəİrana qarşı ədalətsiz sanksyalarla bağlı İranlı nazir dünya xalqlarına müraciət etdi
Siyasət / Cəmiyyət / DünyaAzərbaycanda ilk dəfə smartfonlar üçün sənədli serial təqdim olundu - VİDEO
SosialBakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi
Sosial