Gündəm / Cəmiyyət
16 fevral 2023
0
Vilayət Eyvazov Cəlilabadda qəbul və sıra baxışı keçirdi - VİDEO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
DİN-dən verilən məlumata görə, nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Daha çox xəbər:

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO
Gündəm / Siyasət
Vilayət Eyvazov Şəkidə qəbul keçirdi
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov baş leytenantı rəis müavini TƏYİN ETDİ
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov rəisi yeni vəzifəyə TƏYİN ETDİ
Siyasət / Cəmiyyət