Gündəm / Cəmiyyət
18 fevral 2023
2
Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub
Bu il yağıntıların miqdarının illik normadan az olması Naxçıvan ərazisindəki çaylarda və digər sututarlarda doluluğun aşağı düşməsinə səbəb olub.
“Report” xəbər verir ki, problem yarımquraqlıq zonalarda özünü daha qabarıq göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri muxtar respublikanın gursululuq proqnozunu dəqiqləşdirirlər. Bu məqsədlə Batabat yaylasında və digər ərazilərdə proqnozlaşdırma işləri aparılır, muxtar respublikanın su ehtiyatları qiymətləndirilir.
Milli Hidrometeorologiya Xidməti Batabat yaylasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə qarölçmə işlərini həyata keçirib. Həmçinin mütəxəssislər müasir cihaz vasitəsilə Naxçıvançayın su sərfini ölçüblər.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün təlim də təşkil ediblər. Təlimdə protativ üsulla su sərfini ölçən müasir “Sommer” cihazından istifadə qaydaları izah olunub. Həmçinin ekoloji ekspertiza ilə də bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları və Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublika ərazisindəki digər çay və sututarlarda yoxlamaların aparılması davam etdirilir.
Daha çox xəbər:
Şahin Mustafayev və Muxtar Babayev Naxçıvana gediblər
Gündəm / CəmiyyətMuxtar Babayev türkiyəli nazirlə görüşdü
Gündəm / CəmiyyətNaxçıvan DTX keçmiş şöbə rəisinin ölümü ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / CəmiyyətBakıda yaşayan Naxçıvan sakinlərinə – Şad xəbər
Gündəm / CəmiyyətBu yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət