Gündəm / Dünya
20 fevral 2023
0
Atsunun cənazəsi vətənində rəsmi mərasimlə qarşılandı

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər zamanı yaşadığı rezidensiyanın çökməsi nəticəsində dağıntılar altında qalaraq həyatını itirən “Atakaş Hatayspor”un futbolçusu Kristian Atsunun cənazəsi vətəni Qanaya çatdırılıb.
Onun nəşi ölkəsinin paytaxtı Akkrada prezidentin köməkçisi Mahamudu Bavumia və nazirlər tərəfindən rəsmi mərasimlə qarşılanıb, sonra isə mərhumun ailəsi və azarkeşlərinin müşayiəti ilə özəl dəfn evinə aparılıb.
Atsunun dəfn mərasiminin tarixi daha sonra açıqlanacaq.
Xatırladaq ki, fevralın 18-də Türkiyə Superliqa komandalarından “Hatayspor”un formasını geyinən Kristian Atsunun cəsədi dağıntılar altından çıxarılıb.

Daha çox xəbər:

202 saat sonra dağıntılar altından sağ çıxdı
Gündəm / Dünya
Orxan Əsgərovun cənazəsi II Şəhidlər xiyabanına aparılır - Yenilənir
Gündəm / Cəmiyyət
Orxan Əsgərov dəfn olundu - Video
Gündəm / Cəmiyyət
FHN: "Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb"
Gündəm / Hadisə
Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB
Cəmiyyət