Gündəm / Siyasət
22 fevral 2023
2
"Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər cəzalandırılacaq" - Britaniyalı nazir
"Londonda və Tehranda Azərbaycan səfirliklərinə hücumlar fərqli idi. Biz Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan çox narahat olduq. Mən bu gün Azərbaycanın xarici işlər nazirinə başsağlığı verdim. Biz ümid edirik ki, bunu törədən məsuliyyətə cəlb olunacaq".
Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.
O, ötən il Londonda Azərbaycan səfirliyinə olan hücumdan da danışıb.
“Biz bu hücumdan çox təəssüfləndik və bu insident bizi çox narahat etdi. Britaniya məhkəmə sistemi bunu törədənləri məsuliyyətə cəlb edəcək, onlar qanunauyğun şəkildə cəzalandırılacaqlar. Çünki biz Azərbaycanla diplomatik münasibətlərimizə dəyər veririk. Azərbaycan səfiri ilə yaxşı münasibətlərimiz var, Azərbaycan hökuməti ilə də yaxşı münasibətimiz var. Bizim münasibətlərimiz geniş spektri əhatə edir”, - nazir vurğulayıb.
Daha çox xəbər:
ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı
Gündəm / Cəmiyyət“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi
Gündəm / DünyaŞeyx İran barədə: “Sən demə qardaşın başqa qardaşı da varmış”
Gündəm / SiyasətSəfirliyə silahlı hücumdan sonra Tehranın polis rəisi işdən çıxarıldı
Gündəm / DünyaAzərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənir
Gündəm / Siyasət