Gündəm / Siyasət
25 fevral 2023
0
Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.
“Report” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.

Daha çox xəbər:

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
Gündəm / Cəmiyyət
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
İqtisadiyyat
Ərdoğan İlham Əliyevə zəng etdi
Gündəm / Siyasət
"Azərbaycanlı qardaşlarımızı unutmayacağıq" - Əminə Ərdoğan
Gündəm / Cəmiyyət
İlham Əliyev Ərdoğana zəng etdi
Gündəm / Siyasət