Gündəm / Siyasət
06 mart 2023
0
İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisini qəbul etdi - Yenilənib
Prezident İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.
Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğulayıb ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
ABŞ Dövlət katibi İlham Əliyevə zəng ETDİ
Gündəm / SiyasətABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib
Gündəm / SiyasətMakron İlham Əliyevə zəng etdi
Gündəm / SiyasətPrezidentin Blinken və Paşinyanla birgə görüşü oldu - Yenilənib
Gündəm / SiyasətÜçtərəfli danışığın detalları AÇIQLANDI
Siyasət