Gündəm / İdman
06 mart 2023
0
"Cehiz vacibdir, yoxsa təhsil?" - Məleykə Abbaszadə
"Repetitor və kurs valideyn üçün bir növ asan bir yoldur ki, məsuliyyəti öz üzərindən götürsün. Təbii ki, bu, əlavə maliyyə vəsaiti tələb edir, bundan narazılıq ola bilər".
Bunu apa-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, əvvəllər Azərbaycan ailəsində qız uşağı anadan olanda uşağın balaca vaxtından ona cehiz yığmağa başlayırdılar: "O cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur. Cehiz üçün pul xərcləmək daha vacibdir, yoxsa təhsil vermək, müxtəlif dillər öyrətmək, gələcəkdə müstəqil insan kimi həyatda özünü doğrultmasına çalışmaq? Valideynlər bilirlər ki, keyfiyyətli təhsil vermək üçün gərək ya özləri vaxt sərf etsinlər, ya da əlavə vəsait xərcləsinlər. Bu, bütün dünyada belədir. Bizdə tələbələrin yarıdan çoxu pulsuz təhsil alır. Daha yaxşı hazırlaşmaq lazımdır ki, pulsuz təhsil ala bilsinlər. Ödənişli təhsil almaq üçün universitetə qəbul olmaq çox asandır, 200 baldan yuxarı nəticə göstərənlər özəl ali məktəbə qəbul olub ödənişli təhsil ala bilərlər".
Daha çox xəbər:
Məleykə Abbaszadə ilə bağlı - Sərəncam
Gündəm / SiyasətMəleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışdı
TəhsilMəleykə Abbaszadə bu gün abituriyentləri maraqlandıran suallara cavab verəcək
Gündəm / Cəmiyyət"Bu şəxslər daha tez iş tapacaq" - Məleykə Abbaszadə
CəmiyyətMəleykə Abbaszadə: Yanvar ayından elan olunan imtahan qrafikində müəyyən dəyişikliklər etmişik
Gündəm / Təhsil