Gündəm / Sosial
15 mart 2023
18
Yüksək vəzifə verilən Riyad Qasımov kimdir? - DOSYE

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub.
Bu vəzifəyə daha əvvəl Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisinin müşaviri vəzifəsində işləyən Riyad Qasımov təyinat alıb.
Riyad Qasımov müşavir vəzifəsini də bu ilin yanvar ayından icra edir. Daha əvvəl – 2017-22-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri olub.
1977-ci ildə anaadan olan Riyad Qasımov 2013-2017-ci illərdə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub.
2010-13-cü illərdə isə “Turkapital Holding B.S.C” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində çalışıb.
2009-10-cu illərdə Küveyt-Azərbaycan İnvestisiya Şirkətində, 2006-2009-cu illərdə isə Azərbaycan İnvestisiya Şirkətində işləyib.
Riyad Qasımov əmək fəaliyyətinə 22 yaşında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsiylə başlayıb.
2006-cı ildə isə - 29 yaşında İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri təyin olunub.
Yeniavaz.com

Daha çox xəbər:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri işdən çıxıb
Gündəm / Cəmiyyət
SOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? - DOSYE
Gündəm / Cəmiyyət
Prezident Emin Əmrullayevə yeni müavin TƏYİN ETDİ
Gündəm / Siyasət
PFL-in yeni prezidenti kimdir? - DOSYE
İdman