Gündəm / Cəmiyyət
16 mart 2023
0
Laçın-Xankəndi yolundakı aksiyanın 95-Cİ GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 95 gündür davam edir.
Aksiya iştirakçıları gecə boyu yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Qeyd edək ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Daha çox xəbər:
Laçın-Xankəndi yolundakı aksiyanın 74-cü GÜNÜ
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolundakı aksiyanın 73-cü GÜNÜ
Gündəm / SosialLaçın-Xankəndi yolundakı aksiyanın 72-ci GÜNÜ
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolundakı aksiyanın 71-ci GÜNÜ
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolundakı aksiyanin 82-ci GÜNÜ
Gündəm / Cəmiyyət