Gündəm / Siyasət
16 mart 2023
0
Azərbaycan Türkiyəyə nə qədər yardım göndərib? - Prezident AÇIQLADI
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. “Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilər və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, 5300 ton humanitar yardım çatdırılıb.
Daha çox xəbər:
Mehriban Əliyevanın göstərişi ilə daha bir yardım təyyarəsi Türkiyəyə yola düşdü
Gündəm / Siyasətİlham Əliyev Türkiyəyə səfər edəcək
Gündəm / SiyasətMehriban Əliyevadan göstəriş - Daha bir yardım təyyarəsi yola düşür
Gündəm / SiyasətTürkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatdı
Gündəm / DünyaFHN: "Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb"
Gündəm / Hadisə