Gündəm / İqtisadiyyat
16 mart 2023
0
Dövlət Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

Martın 27-si və 31-i bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son gündür.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş adamlarına etdiyi xəbərdarlıqda bildirilir.
Qurum bəyan edib ki, martın 27-nə qədər uduşlardan əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi, aksiz, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi, pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə sadələşdirilmiş vergi, martın 31-nə qədər isə gəlir, mənfəət və əmlak vergisi üzrə bəyannamələr təqdim edilməlidir.
Vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Daha çox xəbər:

Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ: Sentyabrın 20-dək...
Gündəm / Cəmiyyət
Dövlət Vergi Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Gündəm / Cəmiyyət
Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ: İyulun 20-dək...
Gündəm / İqtisadiyyat
Vergi Xidmətindən sahibkarlara MÜRACİƏT: “Aprelin 20-dək…”
Gündəm / Cəmiyyət
Əmlak vergisi üzrə bəzi güzəştlər LƏĞV EDİLİR
Gündəm / İqtisadiyyat