Gündəm / Dünya
18 mart 2023
0
Polis İmran Xanın evinə girib

Pakistan polisi sabiq Baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.
Bu barədə İmran Xan “Twitter“də yazıb.
O qeyd edib ki, məhkəmə prosesində iştirak etmək üçün İslamabad şəhərinə yola düşüb və bundan sonra polis qüvvələri onun evinin ətrafındakı barrikadaları yararaq daxil olublar.
Xan qeyd edib ki, polis onun evinə daxil olarkən xanımı tək olub: “Pəncab polisi Buşra Begum evdə tək olduğu vaxt hücum edib. Bunu hansı qanuna əsasən ediblər? Bu, London planının bir hissəsidir”.

Daha çox xəbər:

İmran Xana sui-qəsd: Ayağından yaralandı – VİDEO
Gündəm / Dünya
Şahbaz Şərif hökumətini tənqid edən jurnalist ÖLDÜRÜLDÜ
Gündəm / Dünya
Azərbaycanda OLAY: Qonşusunun evinə girib, özünü pəncərədən atdı
Hadisə
Azərbaycanda DƏHŞƏT: Vəhşi heyvanlar kişini parçaladı
Gündəm / Hadisə
Prezident Pakistan Milli Assambleyasının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
Gündəm / Siyasət