Gündəm / Sosial
21 mart 2023
0
Azərbaycana yaz gəldi...

Azərbaycana yaz fəsli daxil olub.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib.
Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.
