Gündəm / Siyasət
28 mart 2023
0
"Biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq" - Prezident
Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inşa ediləcək.
Bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir”.
Daha çox xəbər:
İlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu
Gündəm / Siyasət"Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi" - Dövlət başçısı
Gündəm / SiyasətKəlbəcərə də Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək
Gündəm / SiyasətPrezidentin Laçında xüsusi nümayəndəsi təyin edildi
Gündəm / Siyasət"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / Siyasət