Gündəm / Siyasət
30 mart 2023
1
Spiker Əminə Ərdoğanla görüşüb

ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb.
Bu barədə Türkiyənin birinci xanımı tviterdə paylaşım edib.
“Sıfır Tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”, - o qeyd edib.
Əminə Ərdoğan yekunda BMT-də göstərdiyi dəstəyə görə S. Qafarova və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Daha çox xəbər:

"Azərbaycanlı qardaşlarımızı unutmayacağıq" - Əminə Ərdoğan
Gündəm / Cəmiyyət
Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi
Gündəm / Cəmiyyət
Ərdoğanla Baydenin görüşü Britaniyada keçirilə bilər
Gündəm / Dünya
Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb
Gündəm / Siyasət
Ceyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ
Gündəm / Siyasət