Gündəm / Hadisə
03 aprel 2023
0
Fazil Mustafaya sui-qəsdə görə saxlanılanlar hazırda DTX-da dindirilir

Millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər 4 nəfər saxlanılıb.
Milliinfo.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə saxlanılanların hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri və ünvanlarda baxış aparıldığı məlum olubdur.
Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Daha çox xəbər:

DTX Fazil Mustafa ilə bağlı məlumat yaydı - Terror aktıdır
Gündəm / Cəmiyyət
Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl..."
Gündəm / Cəmiyyət
Deputat Fazil Mustafa güllələndi
Hadisə
Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA
Gündəm / Cəmiyyət
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Cəmiyyət