Gündəm / Hadisə
03 aprel 2023
0
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.
Milliinfo.az Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.
Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.
Dəstənin digər üzvləri isə bunlardır:
Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib.
Ətraflı
Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.
***
Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.
Xocasəndə saxlanılan şəxsin İlkin Süleymanov olduğu bildirilir.











Daha çox xəbər: