Gündəm / Hadisə
07 aprel 2023
0
Goranboyda polis faciəvi şəkildə öldü

Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb.
Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbər:

Vətən müharibəsi iştirakçısını maşın vurub ÖLDÜRDÜ
Gündəm / Hadisə
Naftalanda 64 yaşlı sanatoriya sahibi özünü GÜLLƏLƏDİ
Gündəm / Hadisə
Baş leytenant hərbçi həyat yoldaşını bıçaqla QƏTLƏ YETİRDİ - YENİLƏNİB
Gündəm / Hadisə
Azyaşlı ona tərs baxan 36 yaşlı kişini bıçaqladı - YENİLƏNİB
Hadisə
İcra başçısı köməkçisinin törətdiyi qəzanı gizlədib? - DİN-dən açıqlama
Gündəm / Cəmiyyət