Gündəm / Cəmiyyət
11 aprel 2023
0
Cavid Qurbanov bu vəzifəsindən getdi - Yerinə general seçildi
Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: “Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”. Ş.Bağırov həmçinin federasiyanın öncəki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.
Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.
"Unikal"
Daha çox xəbər:
Vilayət Eyvazov federasiya prezidenti oldu
İdmanXanlar Fətiyev yenidən federasiya prezidenti seçildi
İdmanİnam Kərimov federasiya prezidenti seçildi
Gündəm / İdmanNaxçıvan DTX-nin rəisi federasiya sədri SEÇİLDİ
İdmanŞahin Bağırov narkotik istifadə edən əməkdaşları İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət