Gündəm / Siyasət
11 aprel 2023
0
İlham Əliyev Monteneqronun yeni Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Milatoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Daha çox xəbər:
İlham Əliyev Serbiyanın yeni prezidentini təbrik etdi
Gündəm / İqtisadiyyatİlham Əliyev yunanıstanlı həmkarına məktub göndərdi
Gündəm / Siyasətİlham Əliyev Tunis Prezidentini təbrik etdi
Gündəm / Dünyaİlham Əliyev estoniyalı həmkarını təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev Benyamin Netanyahunu təbrik ETDİ
Gündəm / Siyasət