Gündəm / Cəmiyyət
18 aprel 2023
0
“Formula-1”lə bağlı 20 avtobusun hərəkət sxemi dəyişir

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişiklik ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda deyilir:
“Dəyişikliyə əsasən:
1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcək;
10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcək;
5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;
88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küç., - R.Behbudov küç. ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;
53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç, - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.
Qeyd: 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küç.

Daha çox xəbər:

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir
Gündəm / Cəmiyyət
Bu avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək
Gündəm / Sosial
Bu marşut xətlərinin hərəkət sxemi dəyişdirildi
Gündəm / Siyasət
Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir
Gündəm / Cəmiyyət
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Gündəm