Gündəm / Cəmiyyət / Təhsil
18 aprel 2023
0
Kardiologiya İnstitutunda yoxlamalar BAŞLADI

Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.
Milliinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda institutda monitorinqlər davam etdirilir. İlkin məlumata görə, institutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.
Faktı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən təsdiq ediblər. Bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar aparılır:
“Elmi-Tədqiqat Kardiologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyinə 2023-cü il yanvar ayının 1-dən verilib. Hazırda institutda Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin bəndi rəhbər tutularaq qurumun cari vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə daha iki institutda aparılıb. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”.
Xatırladaq ki, bir müddət öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumat yayılmışdı.

Daha çox xəbər:

“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənədlər onlayn qəbul olunur
Təhsil
Doğum evindəki ölümlə bağlı araşdırma BAŞLANDI
Gündəm / Hadisə
Nazir bu instituta direktor təyin etdi - FOTO
Gündəm / Cəmiyyət
AMEA-nın digər qurumları kimi Dendrologiya İnstitutunda da təcili yoxlamalara ehtiyac var - İLGİNC FAKTLAR
Gündəm / Cəmiyyət
Ağciyər xəstəlikləri institutunda həkim özünü DOĞRAMAQ İSTƏDİ
Gündəm / Şou