Gündəm / Cəmiyyət
19 aprel 2023
0
İrəvandakı hərbçilərimiz ailələrinə məktub göndərib
"Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər".
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
İ.Hüseynovanın sözlərinə görə, onlarla təkbətək görüş keçirilib: “Ailələri ilə Qızıl Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib”.
“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nİn prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK-nin rəsmisi əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib.
Daha çox xəbər:
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
GündəmBQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri dəyişib
Siyasət / DünyaƏli Nağıyev BQXK-nin vitse-prezidenti ilə görüşdü
Gündəm / CəmiyyətAzərbaycan erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır
GündəmSuriyadakı zəlzələdə ölənlərin sayı 2 mini keçdi
Gündəm / Cəmiyyət