Gündəm / Cəmiyyət
22 aprel 2023
0
Bakıda bu yollar da bağlanır - SİYAHI

Bakıda daha bir neçə yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.
Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Daha çox xəbər:

Sürücülərin NƏZƏRİNƏ: Bu gün gecə saat 22:00-dan etibarən ...
Gündəm / Sosial
Bu yollar gecə saatlarından bağlanacaq
Gündəm / Cəmiyyət
Saat 23:00-dan sonra bu yol bağlı olacaq
Gündəm / Cəmiyyət
"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR
Gündəm / İdman
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində yollar daralıb
Cəmiyyət