Gündəm / Cəmiyyət
25 aprel 2023
0
İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir.
Bu barədə Bolqarıstanın "Standart news" nəşri yazıb.
Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəklər.
Mərasimdən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışını edəcəklər.
"Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub", - deyə nəşr qeyd edib.

Daha çox xəbər:

Prezident Bolqarıstana getdi - Fotolar + Yenilənib
Gündəm / Siyasət
Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”
Gündəm / Siyasət
Prezident Sofiyada mühüm tədbirdə iştirak edir
Gündəm / Siyasət
Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO (YENİLƏNİB)
Gündəm / Siyasət
Azərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB
Gündəm / Cəmiyyət