Gündəm / Siyasət
05 may 2023
1
Tuğ kəndində İnzibati Mərkəzin təməli qoyuldu
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.
Bildirildi ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoydu.
Daha çox xəbər:
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər
Gündəm / SiyasətSuqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu
Gündəm / SiyasətLaçın rayonunun Güləbird kəndinin təməli qoyulub - FOTO
Gündəm / SiyasətAğdam, Suqovuşan və Hadruta köç nə vaxt olacaq?
Gündəm / SiyasətPrezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib
Gündəm / Siyasət