Gündəm / Dünya
11 may 2023
0
Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi

Almaniyanın Saksoniya əyalətində yerləşən Drezden şəhərindəki Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı olan Fatih məscidinə hücum edilib.
Məscidə daxil olan şəxs Quranın yerləşdiyi kitabxanaya tez alışan maddə tökərək yandırıb.
Fatih Məscidi Dərnəyinin sədri Ramazan Yıldırım verdiyi açıqlamada, kimliyi müəyyən edilən təcavüzkarın benzin töküb Quranı yandırmağa çalışdığını, məsciddəki din məmurunun hadisəni görüb tez bir zamanda yanğını söndürdüyünü bildirib.
Təcavüzkarın ikinci dəfə məscidə basqın etməyə cəhd etdiyini bildirən Yıldırım polisə məlumat verildiyini vurğulayıb.
“Daha əvvəl təcavüzkarla bağlı polisə zəng edib, narahatlığımızı bildirmişik. O, Ramazan ayında məscidimizdə Quran yandırmaq istədiyini bəyan edib. O zaman həmin şəxsin sağlamlıq vəziyyətini soruşsaq da, heç bir məlumat ala bilmədik. Ən böyük təsəllimiz odur ki, hadisə zamanı heç kim xəsarət almayıb. İnsidentlə bağlı maddi ziyan da vurulub”, - deyə o bildirib.
Hücumun axşam saatlarında məscid camaatı dağıldıqdan dərhal sonra baş verdiyini ifadə edən Yıldırım müvafiq orqanları lazımi tədbirlər görməməkdə günahlandırıb.
Mənbə: Haber Global

Daha çox xəbər:

Bakıda məhkəmə binasını yandırmaq istədi - “İslam qanunlarından başqasını qəbul etmirəm”
Gündəm / Hadisə
“Səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil” - Hacı Surxay
Gündəm / Cəmiyyət
Hacı Şahinin yerinə təyinatla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət
Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
Gündəm
Binəli Yıldırım Şamaxıda oldu
Gündəm / Siyasət