Gündəm / İqtisadiyyat
18 may 2023
0
“Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir - Nazir

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
"Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir", -deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, 16 may tarixində Azərbaycanda "Zəngilan" tankeri suya buraxıldı. Tanker Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişilə inşa edilib.
Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.


Daha çox xəbər:

İlham Əliyev “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində - FOTOLAR
Gündəm / Siyasət
Prezident tankerin istismara verilməsi mərasimində iştirak etdi
Gündəm / Siyasət
Prezident "Zərifə Əliyeva" gəmi-bərəsinin istismara verilməsi mərasimində
Gündəm / Siyasət
"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb" - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat
"Zərifə Əliyeva" gəmi-bərəsi istismara verildi - FOTOLAR
Gündəm / Siyasət