Gündəm / Siyasət
19 may 2023
0
Bayramov Moskvada Lavrovla görüşdü - Video - Yenilənib

Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir.
Qeyd edək ki, mayın 18-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Bundan əlavə, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın da üçtərəfli görüşü nəzərdə tutulub.
***
Moskvada nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli danışıqlar keçirilib.
Nazirlər görüş zamanı iki ölkə arasındakı münasibətləri, regional məsələləri, eləcə də Ermənistanla Azərbaycan arasında sülh səylərinin perspektivlərini müzakirə ediblər.




Daha çox xəbər:

Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət
Ceyhun Bayramov Rusiyaya getdi
Gündəm / Siyasət
XİN Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı MƏLUMAT YAYDI - FOTOLAR
Gündəm / Siyasət
Ceyhun Bayramovla Mirzoyanın görüşü başladı - Fotolar
Gündəm / Siyasət
Lavrov Azərbaycana GƏLDİ
Gündəm / Dünya