Gündəm / Cəmiyyət
20 may 2023
0
Təhsildən yayınma halları var - Nazirdən etiraf
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər".
Daha çox xəbər:
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
Gündəm / Siyasət"Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil" - Nazir
Gündəm / CəmiyyətŞagirdlərin telefonları yığılacaq? - Nazirdən AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycanda ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb
Gündəm / Cəmiyyət"Şaftalı sözünü düz yaza bilməyən müəllimlər var" - Nazir
Gündəm / Cəmiyyət