Gündəm / Siyasət
22 may 2023
8
Monteneqro parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
AZƏRTAC






Daha çox xəbər:

Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Gündəm / Siyasət
Volodin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Gündəm / Cəmiyyət
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Gündəm / Siyasət
DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
Gündəm / Cəmiyyət
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
Gündəm / Siyasət