Gündəm / Hadisə
22 may 2023
0
Azərbaycanda nazirlik əməkdaşlarına qarşı atəş açılıb: Yaralanan var
Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb.
“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.
Daha çox xəbər:
Deputat yaşayış binasının həyətində odlu silahdan atəş açdı - VİDEO
HadisəTürkiyədə məsciddən çıxanlara atəş açılıb, 6 nəfər yaralanıb
Gündəm / DünyaXırdalanda kütləvi dava - Avtomobilə atəş açıldı
Gündəm / HadisəMoskvada naməlum şəxs insanlara atəş açdı - Yaralananlar var
DünyaAzərbaycan-İran sərhədində atışma: Yaralanan var
Gündəm / Hadisə