Gündəm / Cəmiyyət
25 may 2023
0
Əhməd İsmayılov media sahəsindəki islahatların əsas məqsədini AÇIQLADI
“Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəlib”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ali Məhkəmədə Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir:
“Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılması ölkəmizdə plüralizmin, fikir və söz azadlığnın təmin edilməsinin bariz sübutudur”.
Daha çox xəbər:
Media Reyestrinə daxil edilən jurnalistlərin sayı açıqlandı
Gündəm / CəmiyyətMedia Reyesteri nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Gündəm / CəmiyyətYaxın günlərdə Media Reyestri fəaliyyətə başlayacaq
Gündəm / Cəmiyyət"Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov
CəmiyyətƏhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR
Gündəm / Cəmiyyət