Gündəm / Hadisə
29 may 2023
0
Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə - Detallar

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.
Saat 21:00 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Bildirilir ki, hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb. Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb. Mövcud vəziyyət piyadalarla yanaşı sürücülər üçün də hərəkət təhlükəsizliyini azaldıb.
Qeyd edək ki, bir neçə ay əvvəl “Qafqazinfo” bu yoldakı problemlər, xüsusilə işıqlandırmanın olmaması barədə yazı dərc etmişdi.

Daha çox xəbər:

Qəzada ölənlər musiqiçinin ailə üzvləridir - 3 yaşlı Bayxan da həyatını itirdi...
Gündəm / Hadisə
Qəzada xəsarət alanların adları məlum oldu - SİYAHI
Gündəm / Hadisə
Bakıda 15 yaşlı qız itkin düşdü
Gündəm / Hadisə
Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Hadisə
Bakıda “Porsche” ilə piyadanı vurub öldürdü - Video
Gündəm / Hadisə