Gündəm / Siyasət
29 may 2023
1
Prezident və xanımı dünya çempionatının açılış mərasimində - Video
Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.
Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan
Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyirlər.
***
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
Daha çox xəbər:
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
İdman23 ölkə, 600-dən çox idmançı: Beynəlxalq Şahmat Festivalı başlayır
Gündəm / İdmanDünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İdmanPolisimiz dünya çempionatında qələbə qazandı
İdmanPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İqtisadiyyat