Gündəm / Cəmiyyət
01 iyun 2023
0
Toydan gələn qayınana kürəkənini bıçaqladı - MƏHKƏMƏ
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahilə Səmədovanın (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 07 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, toydan qayıdan Sahilə Səmədova evinin həyətində olan mətbəxdə qızı ilə kürəkəni, zərərçəkmiş Nizam Həsənovun (ad və soyadı şərti) mübahisə etdiyini görüb. Bu zaman o, pərdə asmaq üçün istifadə olunan karniz və əli ilə Nizamın bədəninin müxtəlif nahiyələrinə zərbə vurub. Daha sonra Sahilə Səmədova mətbəx bıçağını götürüb qisas niyyəti ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə zərbə endirib.
Məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilib.
Qeyd edək ki, Sahilə Səmədova Qobustan şəhəri, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə xadimə işləyib.

Daha çox xəbər:

“Location” klubundakı partlayışda təqsirləndirilənlərlə bağlı qərar çıxarıldı
Gündəm / Cəmiyyət
Məhkəmə sədrinin gömrükçü kürəkəninə şərti cəza verildi
Hadisə
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Hadisə
Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ
Gündəm / Hadisə
Prokuror yeniyetmə idmançını qətlə yetirən şəxsə 20 il cəza istədi
Gündəm / Hadisə