Gündəm / İdman
02 iyun 2023
0
Bu da nazirliyin maskotu - Fotolar

Gənclər və İdman Nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.
Qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.
Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.
Bildirilir ki, layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi var və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.
Qeyd edək ki, maskot aprel ayında keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.






Daha çox xəbər:

Tokayev İlham Əliyevə “Qızıl qartal” ordenini təqdim etdi - FOTOLAR
Gündəm / Siyasət
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb
İdman
Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var” - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Azərbaycan Qran-prisinin ilk qalibləri mükafatlandırıldı
Cəmiyyət
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
İdman