Gündəm / Cəmiyyət
03 iyun 2023
0
“20 Yanvar” və “Şamaxinka”da sərnişin daşıyanların NƏZƏRİNƏ: Reydlər başladı
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:
“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.
Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub.
Əsas hədəf kimi şəhərlərarası daşımaları Bakı Beynəlxalq Avtovağzalına yönəltmək və bu işi mərkəzləşdirilmiş qaydada təmin etməkdir”.
Daha çox xəbər:
DYP bu sürücülərə MÜRACİƏT ETDİ
Gündəm / Cəmiyyət20 Yanvarda bu yollar bağlı olacaq
Gündəm / CəmiyyətDYP-dən paytaxt sakinləri və sürücülərə MÜRACİƏT
Gündəm / SosialDYP "Qarabağ" - "Ferentsvaroş" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi
Gündəm / CəmiyyətDYP "Neftçi"-"Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi
Gündəm / Cəmiyyət