Gündəm / Hadisə
05 iyun 2023
0
"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova HÖKM OXUNDU

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanova hökm oxunub.
Məhkəmə iclası hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib.
Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Daha çox xəbər:

“Nərminin qan qrupu IV, basdırılan meyitinki isə II qrup olub”
Cəmiyyət
Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO
Hadisə
Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı
Hadisə
Rəşad Dağlı bu gün hakim qarşısına çıxarılacaq
Gündəm / Cəmiyyət
Bakıda 3 yaşlı uşağı oğurlayan qadına hökm oxunub
Hadisə