Gündəm / Sosial
05 iyun 2023
1
İrana uçuşların ləğv olunması xəbərinə - Rəsmi reaksiya
Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub.
“Qafqazinfo” məsələ ilə bağlı AZAL-ın Mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumdan reyslərin ləğv olunmadığı bildirilib: "İrana uçuşlar adi qaydada həyata keçirilir".
Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və “Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.

Daha çox xəbər:

Bakı-Alanya-Bakı reysi ləğv edildi
Gündəm / Cəmiyyət
İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır
Cəmiyyət
THY Minsk və Rostova uçuşları yenə ləğv etdi
Gündəm / Dünya
Rusiya Azərbaycandan tərəvəz idxalına bütün məhdudiyyətləri ləğv etdi
Gündəm / İqtisadiyyat
AZAL Bakıdan Astanaya uçuşlara başlayır
Gündəm / Cəmiyyət